Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunun sosial-iqtisadi inkişafının 2018-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələr”nə həsr olunmuş Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilib.

19 aprel 2018 | 16:00

     19 aprel 2018-ci il tarixində Xəzər rayonunun sosial-iqtisadi inkişafının 2018-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələr”nə həsr olunmuş Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilib.
      İclasda Xəzər Rayon İcra Hakimiyyətinin başçısı, Şuranın sədri Gülağa İslamov, Şura üzvləri, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər İnkişaf Fondunun rəhbəri Elmar Mədətov, RİH başçısının müavinləri, RİH Başçısı Aparatının şöbə müdirləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
      Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov iclası giriş sözü ilə açaraq, 2018-ci il 11 aprel tarixində keçirilən Azərbaycan Respublikası Prezidenti seçkilərində cənab İlham Əliyevin möhtəşəm qələbəsi münasibətilə iclas iştirakçılarını təbrik edib və bildirib ki, cənab İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi xalqımızın ölkə rəhbərinə olan etimadının təzahürüdür. G.İslamov respublikanın bütün bölgələrində olduğu kimi, Xəzər rayonunda da Prezident seçkilərinin tam demokratik, şəffaf və seçicilərin yüksək fəallığı şəraitində keçdiyini, heç bir qanun pozuntusunun müşahidə olunmadığını qeyd edib.
Sonra G.İslamov aprel ayının 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının cari ilin birinci rübündə ölkəmizin uğurla inkişaf etdiyini, bir sıra layihələrin icra olunduğunu və müsbət dinamikanın ilin sonuna qədər saxlanılmasının və daha da artırılmasının vacibliyini, respublikada həyata keçirilən islahatların davam etdirildiyini, əhalinin həyat səviyyəsinin yaxşılaşdığını, sosial-iqtisadi göstəricilərin ötən dövrlərə nisbətdə yüksək səviyyədə olduğunu, infrastruktur layihələrinin uğurla icra edildiyini və bu istiqamətdə işlərin davam etdirildiyini yığıncaq iştirakçılarının nəzərinə çatdırıb.
Gülağa İslamov həmçinin, hesabat dövründə respublikanın hər yerində olduğu kimi Xəzər rayonunun sosial-iqtisadi sahələrində də dinamik inkişafın davam etməsini, əsas göstəricilər üzrə müsbət nəticələr əldə edilməsini vurğulayıb.
     Sonra G.İslamov 2018-ci ilin birinci rübündə Xəzər rayonunun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında məruzə üçün sözü başçının müavini Lalə Əhmədovaya verib.
     Hesabat məruzəsi ilə çıxış edən L.Əhmədova rayonun müxtəlif sahələrində əldə olunmuş nailiyyətlər və görülmüş işlər barədə tərtib olunmuş arayışı yığıncaq iştirakçılarının diqqətinə çatdırıb.
      Daha sonar YAP Xəzər rayon təşkilatının sədri N.Əhmədov, Xəzər rayon Su-Kanal İdarəsinin rəisi Mübariz Nəsirov,  Xəzər rayon Enerji Təchizatı və Satış İdarəsinin rəisi Arif Məmmədov, Şura üzvləri Təvəkkül Səlimov, Rəhilə Baxşıyeva və Rühəngiz Cavadova hesabat məruzəsi ətrafında çıxışlar ediblər.
Hesabat iclasının yekununda İcra Hakimiyyətinin başçısı Gülağa islamov 2018-ci ildə qarşıya qoyulmuş tapşırıqların icrası istiqamətində rayon üzrə həllini gözləyən bir sıra işlərin yerinə yetirilməsinin vacibliyini qeyd edərək, aidiyyəti təşkilatlara müvafiq tapşırıqlarını verdi.

Keçidlər