"Ölkəmizi taniyaq" tur aksiyası çərçivəsində Xəzər rayon məktəbliləri Naxçıvan MR-na yola salındılar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən hər il olduğu kimi bu ildə 26 mart 2018 -ci il tarixində "Ölkəmizi tanıyaq" tur aksiyası çərçivəsində Xəzər rayon məktəbliləri Naxçıvan MR-na yola salındılar,
Yolasalınma mərasimində RİH Başçısının müavini Arif Balayev, RİH Başçısı Aparatının şöbə müdiri Gülbala Qurbanov, Azərbaycan Təhsil işçiləri Azad Həmkarlar ittifaqı Xəzər rayon komitəsinin sədri Həzəlxan Əbilov , Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev və valideyinlər iştirak etdilər.
Tur-aksiya çərçivəsində şagirdlər Naxçıvan şəhərinin tarixi abidələrini, görməli yerlərini və sosial-iqtisadi inkişafı ilə yaxından tanış olmaq şansı eldə etməklə yanaşı, “Ölkəmizi tanıyaq” devizi altında keçiriləcək intellektual, əyləncəli oyunlarda və yarışlarda iştirak edəcəklər.
Yolasalma mərasimində rayon İcra hakimiyyətinin rəsmiləri çıxış edərək şagirdlərə tovsiyyələr vermiş və onlara uğurlu yol, maraqlı səyahət keçirmələrini arzulamışdır. Həmçinin belə tur-aksiyaların gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynadığını, şagirdlərin səfər etdikləri bölgələrdə muzeylərini və digər görməli yerləri ziyarət etməklə dünyağörüşlərinin artırılmasında mühüm əhəmiyyət daşıdığını bildirdilər.
Sonra şagirdlər onlar üçün ayrılmış avtobusla Naxçıvan şəhərinə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına yola düşdülər.