Şriftin ölçüsü :

Saytın rəngi :

Zirə qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilmişdir

14 mart 2018 | 16:00

      Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun  14 mart 2018-ci il tarixində Zirə qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.
      Səyyar görüşdə RİH başçısının müavinləri,  RİH başçısı aparatının şöbə müdirləri, rayonun xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etmişdilər.
         Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən sosial, mədəni, siyasi islahatlardan, əldə olunan uğurlardan, Xəzər rayonunda aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinin sürətlənməsi, bir sıra mühüm nailiyyətlərin əldə olunmasından, xüsusilə Zirə - Türkan qəsəbələrini birləşdirən yeni magistral yolun salınması, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi sahələrində çox vacib və əsaslı sosial infrastruktur layihələrin həyata keçirilməsini vurğulamışdır.
       Gülağa İslamov rayonda, xüsusilə Zirə qəsəbəsində görülən və gələcəkdə görüləməsi nəzərdə tutulan işlərdən söz açdıqdan sonra yığıncaqda iştirak edən sakinlərin problemlərini dinləmişdir.
       Qəsəbə sakinlərinin müraciətləri dinlənildikdən sonra onlara müvafiq izahatlar verilərək, qaldırdıqları məsələlərin həlli istiqamətində Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
       Daha sonar sakinlər rayon ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinə, əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişdilər.

Keçidlər