Xocalı soyqrımının 26-cı ildönümü münasibəti ilə anım tədbiri keçirilmişdir.
23 fevral 2018-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Türkan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin “N” saylı hərbi hissəsində 26 fevral-Xocalı soyqırımının 26-cı il dönümünə həsr olunmuş anım tədbiri keçirilmişdi.
Tədbirdə Xəzər RİH Başçısının müavini Arif Balayev, RİH Başçısı Aparatının şöbə müdiri G.Qurbanov, Rayon Gənclər və İdarəsinin rəisi V.Əliyev, hərbi hissənin zabit-əsgər şəxsi heyəti, Mərdəkan Mədəniyyət Sarayının kollektivi, 183 saylı tam orta məktəbin şagirdləri iştirak etmişdilər.
Tədbir iştirakçıları ilk öncə Hərbi hissənin foesində təşkil olunmuş rayon məktəblilərinin əl işlərindən və qanlı faciəni əks etdirən rəsm əsərlərindən ibarət sərgi ilə tanış oldular.
Daha sonra Xocalı soyqırımında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, rayonun 183 saylı tam orta məktəbinin şagirdləri tərəfindən hazırlanan ədəbi bədii kompozisiya və Xocalı soyqrımına həsr olunmuş film nümayiş etdirildi.