Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 6-cı ildönümü ilə bağlı tədbir keçirildi
13 fevral 2018-ci il tarixində Xəzər rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 6 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə RİH başçısının birinci müavini Vaqif Həsənov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, rayon veteranlar şurasının sədri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak eetmişdilər.
Tədbiri RİH başçısının I müavini V.Həsənov açaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 6-cı ildönümü münasibəti ilə Xəzər rayon bölməsinin rəisini və şəxsi heyəti kollektivini təbrik etdi.
Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi , polkovnik-leytenant Kənan Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov , Rayon Polis İdarəsinin rəisi Azər Muradov, Xəzər rayon Məhkəməsinin sədri İlqar Qaralov, Xəzər rayon Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Asif Abbasov, Rayon Veteranlar Şurasının sədri Nüsrət İbrahimov, Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Xəzər rayon şöbəsinin sədri Səfa Əliyev çıxış edərək cənab Prezidentin 2012-ci il 13 fevral tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması haqqında fərmanın imzalanmasından danışaraq, öz təbriklərini çatdırdılar.