Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik və Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi Komissiyalarının növbəti iclası keçirilmişdir

31 yanvar 2018 | 16:00

        31 yanvar 2018-ci il tarixində Mərdəkan Mədəniyyət Sarayında rayon İcra Hakimiyyəti Başçısının müavini Arif Balayevin sədrliyi ilə Xəzər rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik və Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi Komissiyalarının növbəti iclası keçirilmişdir
İclasda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova və digər komissiya üzvləri iştirak etmişdir. Komissiyaların iclasında rayon məhkəməsindən daxil olan mülkü işlər və eyni zamanda rayon sakinlərinin müraciətləri araşdırılmış, müvafiq qərar və rəylər verilmişdir. Komissiyada ümumilikdə 14 məsələyə baxılmışdır.

Keçidlər