Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Mərdəkan inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2017-cı ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir.

23 yanvar 2018 | 16:00

     23 yanvar 2017-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Mərdəkan inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2017-cı ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir. Hesabat yığıncağında Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Vaqif Həsənov, Şura üzvləri Əfsar Mirzəliyev, Yaşar    Novruzov,Gülbala Qurbanov, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, Rayon İcra   Hakimiyyəti Başçısının Mərdəkan inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlqar Müqbilov, Mərdəkan    Bələdiyyəsinin sədri Mirbaba Hüseynov, rayonun idarə- müəssisə və təşkilat rəhbərləri və qəsəbə sakinləri iştirak etmişdir
     Yığıncağı giriş sözü ilə Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Vaqif Həsənov açaraq rayonun sosial-iqtisadi göstəricilərindən, rayonda aparılan abadlıq-quruculuq işlərindən, rayon əhalisinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən və digər sosial sahələrdə mövcud olan bir sıra problemlərinin öz müsbət həllini tapması barədə toplantı iştirakçılarına geniş məlumat vermişdir.
   Yığıncaqda Rayon İcra Hakimiyyəti Başçısının Mərdəkan inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlqar   Müqbilov və Mərdəkan Bələdiyyəsinin sədr müavini Sabir Dadaşov 2017-ci il ərzində qəsəbədə görülən işlər barədə hesabat məruzəsi ilə çıxış etdikdən sonra sakinlərinin müraciətləri və təklifləri dinlənilmişdir.    Qəsəbənin gələcək inkişafı, qəsəbədaxili yolların asfaltlaşdırılması və küçələrin işıqlandırılması, su və kanalizasiya şəbəkəsinin yenidənqurulması, ərazinin sanitar təmizliyi, qaz təchizatının daha da yaxşılaşdırılması barədə müraciətlər dinlənilmiş, sakinləri narahat edən suallar cavablandırılmış, nöqsanların araşdırılması və aradan qaldırılması üçün aidiyyatı qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

 

 

Keçidlər