Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Buzovna inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2017-cı ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir.
19 yanvar 2017-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Buzovna inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2017-cı ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir.
Hesabat yığıncağında Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Vaqif Həsənov, Şura üzvləri Əfsar Mirzəliyev, Yaşar Novruzov, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, Rayon İcra Hakimiyyəti Başçısının Buzovna inzibati ərazi dairəsi üzrə nümayəndəsi Balaəmi Cəmilzadə, Buzovna Bələdiyyəsinin sədri Mətləb Əliyev, rayonun idarə- müəssisə və təşkilat rəhbərləri və qəsəbə sakinləri iştirak etmişdir
Yığıncağı giriş sözü ilə Xəzər Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini V. Həsənov açaraq rayon ərazisində görülən sosial layihələr haqqında geniş məlumat vermişdir.
Yığıncaqda Rayon İcra Hakimiyyəti Başçısının Buzovna inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Vüqar Sadıqov və Buzovna Bələdiyyəsinin sədr müavini Sevinc Məhərrəmova 2017-ci il ərzində qəsəbədə görülən işlər barəsində hesabat məruzəsi ilə çıxış etdikdən sonra, sakinlər tərəfindən müraciətlər edilmiş və qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verilmiş, ümumilikdə görülmüş işlər qənaətbəxş hesab edilmişdir.