20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdi.
17 yanvar 2018-ci il tarixində Xəzər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət sarayında 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdi.
Tədbirdə Xəzər rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Vaqif Həsənov, müavin Lalə Əhmədova, RİH Başçısı Aparatının məsul əməkdaşları, Hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, məktəblilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdilər.
Tədbir iştirakçıları ilk öncə Mədəniyyət Sarayının foesində təşkil olunmuş rayon məktəblilərinin əl işlərindən və qanlı faciəni əks etdirən rəsm əsərlərindən ibarət sərgi ilə tanış oldular.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra ədəbi-bədii gecə və Milli Qəhraman Nadir Əliyevin haqqında “Azadlığa gedən yol” adlı film nümayiş etdirilmişdir.