Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Zirə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2017-cı ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilmişdir.
16 yanvar 2017-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Zirə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2017-cı ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir.
Hesabat yığıncağında Rayon İcra Hakimiyyəti Başçısının müavini Arif Balayev, Şura üzvləri Əfsar Mirzəliyev, Ruhəngiz Cavadova, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, Rayon İcra Hakimiyyəti Başçısının Zirə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Famil Məlikov, Zirə Bələdiyyəsinin sədri Anar Hüseyinli, rayonun idarə- müəssisə və təşkilat rəhbərləri və qəsəbə sakinləri iştirak etmişdir
Yığıncağı giriş sözü ilə Rayon İcra Hakimiyyəti Başçısının müavini A.Balayev açaraq Xəzər rayonu ərazisində görülən sosial layihələr və rayon ilə bağlı nəzərdə tutulmuş tədbirlər barədə geniş məlumatlar vermiş və sakinləri hesabat ətrafında müzakirələrdə fəal iştirak etməyə dəvət etmişdir.
Yığıncaqda Rayon İcra Hakimiyyəti Başçısının Zirə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və Zirə Bələdiyyə sədrinin 2017-ci il ərzində qəsəbədə görülən işlər barədə hesabat məruzələrindən sonra sakinlər tərəfindən çıxışlar dinlənilmişdir.
Sonda vətəndaşların qaldırdıqları məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verilmiş, ümumilikdə görülmüş işlər qənaətbəxş hesab edilərək bundan sonrakı illərdə də fəaliyyət sahəsində daha da məsuliyyətli olmağı, sakinlərlə işlərin düzgün qurulması istiqamətində tədbirlərin davam etdirilməsi tapşırılmışdır.