Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Ulu Öndərin xatirəsi böyük ehtiramla anılır.

12 dekabr 2017 | 16:00

      Bu gün öz həyatını bütövlüklə xalqına, vətəninə həsr edən Ulu Öndər anılır, əziz xatirəsi yad edilir. Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasından 14 il keçir.

      Ötən illər bir daha göstərdi ki, zaman keçib nəsillər dəyişsə də, Ümummilli Lider xalqın yaddaşından silinmir, bu gün də insanların qəlbində ən yüksək ehtiramla yad edilir. Çünki Heydər Əliyev şəxsiyyəti bütün dövrlər və nəsillər üçün əbədilik statusu qazanıb, adı Azərbaycan tarixinə əbədi həkk olunub.
       Ölkəmizin bütün bölgələrində olduğu kimi, Xəzər rayonunda da Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım günü mərasimləri keçirilir.
    Anım günündə rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat kollektivləri, ictimai təşkilatların nümayəndələri, rayon ərazisində yerləşən hərbi hissələrin əsgər və zabitləri, məktəblilər tərəfindən Xəzər Rayon icra hakimiyyətinin qarşısında ucaldılmış Ulu Öndərin heykəlinin önünə əklillər qoyulur.

Keçidlər