Xəzər rayonunda ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilmişdir
12.12.2017-ci il tarixdə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Xəzər rayon şöbəsi tərəfindən Ümummilli Liderin vəfatı günü ilə əlaqədar ehsan verilmişdir. Mərasimdə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev, Xəzər rayon icra Hakimiyyətinin məsul işçiləri Anar Nəsirov, Vəli Vəliyulla, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Xəzər rayon şöbəsinin sədri Rasət Tağıyev, Qarabağ müharibəsi əlilləri veteranları və şəhid ailələri İctimai Birliyinin Xəzər rayon filialının sədri Səfa Əliyev, Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qaygı” Cəmiyyətinin sədri Müşfiq Əliyev və Birliyin üzvləri iştirak etmişlər. Mərasimdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ruhuna dualar oxunmuş və çıxışlar olunmuşdur.