Xəzər rayonunda ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib
11 dekabr 2017-ci il tarixində Yeni Azərbaycan Partiyasının Xəzər Rayon Təşkilatında Ümumilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Millət Vəkili Rauf Əliyev, Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Vaqif Həsənov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, YAP Xəzər Rayon Təşkilatı İdarə Heyətinin üzvləri, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdilər.
Tədbiri giriş sözü ilə açan YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin hələ sağlığında tarixin yaddaşında əbədiləşdiyini bildirib. “Ulu öndər Heydər Əliyev şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil edib”, - deyən N.Əhmədov vurğulayıb ki, xalqımızın milli özünütəsdiqinin parlaq ifadəsinə çevrilmiş müstəqil dövlətçilik konsepsiyasının məhz Heydər Əliyev adı ilə bağlı olduğunu qeyd edib.
Daha sonra Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, 125 saylı Orta Məktəbin direktoru Zeynab Əliyeva, Təhsil İşçiləri Həmkarlar Təşkilatı Xəzər rayon Komitəsinin sədri Həzərxan Əbilov çıxış edərək Ulu Öndərin Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu sahəsindəki misilsiz xidmətlərindən söz açıblar.