Şriftin ölçüsü :

Saytın rəngi :

“3 Dekabr-Beynəlxalq Əlillər Günü” münasibəti ilə Şağan Əlillər Pansionatında tədbir keçirilmişdir .

02 dekabr 2017 | 16:00

         2 dekabr 2017-ci il tarixində “3 Dekabr-Beynəlxalq Əlillər Günü” münasibəti ilə Şağan Əlillər Pansionatında tədbir keçirilmişdir .     
        Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin Şöbə müdiri Gülbala Qurbanov, Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının sədr müavini Əbülfəz Mehdiyev, Vətən Müharibəsi Əlilləri Cəmiyyəti Respublika Cəmiyyətinin Sosial şöbəsinin müdiri Akif Abbasov iştirak etmişdilər.
      Tədbirdə pansionatın direktoru Pərvanə Hacıyeva, Xəzər Rayon İcra Hakimiyyətinin Şöbə müdiri Gülbala Qurbanov, Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının sədr müavini Əbülfəz Mehdiyev, Vətən Müharibəsi Əlilləri Cəmiyyəti Respublika Cəmiyyətinin Sosial şöbəsinin müdiri Akif Abbasov çıxış edərək Beynəlxalq Əlillər Günü münasibəti ilə əlilləri təbrik etmişdilər. Çıxışçılar ölkəmizin hər yerində olduğu kimi, Xəzər rayonunda da əlillərin diqqət və qayğı ilə əhatə edildiyini, rayonda fəaliyyət göstərən fiziki və sağlamlıq imkanları məhdud şəxslərin müalicə olunduğunu, təhsil aldığı təhsil və səhiyyə müəssisələrində onların bu və ya digər problemlərinin həlli, cəmiyyətə fəal inteqrasiya olunması istiqamətində müvafiq işlərin görüldüyünü, əlillərin rifahının yaxşılaşdırılması, onların problemlərinin həllinin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın daim diqqət yetirdiyi əsas məsələlərdən olduğunu vurğulayaraq, bu qəbildən olan insanların sosial problemlərinin həlli, mənzil şəraitinin daha da yaxşılaşdırılması və pensiya müavinətlərinin artırılması sahəsində atılan məqsədyönlü addımların bunun bariz nümunəsi olduğunu xüsusilə diqqətə çatdırmışdılar.
      Tədbirdə çıxış edən əlillər sürətlə inkişaf edən ölkəmizdə əlillərin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdən və onlara olan dövlət qayğısından ətraflı söhbət açıb, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişdilər.
       Daha sonra tədbir çərçivəsində Əlillər üçün 250 nəfərlik bayram süfrəsi təşkil olunmuş, hədiyyələr təqdim olunmuş, bir qrup pansionat işçisi fəxri Fərmanlarla təltif etmişdir. Tədbir konsert proqramı ilə davam etmişdir.

 

 

Keçidlər