Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, Rayon İcra Hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirildi

16 noyabr 2017 | 16:00

      16 noyabr 2017-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, Rayon İcra Hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirildi
      Müşavirədə Xəzər Rayon İcra Hakimiyyəti başçısının I müavini Vaqif Həsənov, FH Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov, RİH Başçısı Aparatının Şöbə müdirləri, rayonda fəaliyyət göstərən özünüidarəetmə orqanlarının nümayəndələri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, rayon təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı birliklərinin rəhbərləri, eləcə də, FHN Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin nümayəndələri iştirak etdilər.
      Müşavirəni giriş sözü ilə açan Xəzər  Rayon İcra Hakimiyyəti başçısının I müavini, Fövqalada Hallar  Komissiyasının sədri Vaqif Həsənov Xəzər  rayonunda yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı görülən işlər barədə məlumat verərək, insanlar arasında bu istiqamətdə təbliğat işinin əhəmiyyətindən danışdı.
     Digər çıxışçılar FH Nazirliyinin Bakı Regional Mərkəzinin Reaksiyavermə və Əməliyyat-Planlaşdırma Şöbəsinin rəisi, polkovnik Vaqif Teymurov, FH Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı Təbliğat Şöbəsinin təlimatçısı Nizami Fərəcov,  Xəzər  rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi polkovnik-leytenant Azər Seyidzadə,  Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin Baş mühəndisi Ədalət Muradov, Xəzər rayon Qaz İstismar Sahəsinin rəisi Ramil Məmmədov, Xəzər rayonu, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının böyük həkimi Eldar Paşayev mövzu ətrafında hesabat xarakterli çıxışlar etdilər.
      Tədbirin sonunda  Fövqalada Hallar  Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov çıxış edərək mövzu ətrafında mövcud vəziyyət, problemlər və onların həlli yolları ətrafında geniş məzmunlu çıxış etdi və tədbirin yüksək səviyyədə və işgüzar şəraitdə keçirilməsi üçün öz təşəkkürünü bildirdi.
      Sonda məişətdə yanğın təhlükəsizliyi, dəm qazı və odsöndürən balondan istifadə qaydaları ilə bağlı videoçarxlar nümayiş olundu.

 

 

Keçidlər