Xəzər rayon məktəblilərinin iştirak etdiyi “Ölkəmizi tanıyaq” tur-aksiyası uğurla başa çatmışdır.
11-14 noyabr 2017-ci il tarixlərində “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Xəzər rayon məktəbliləri Gəncə-Şəmkir-Göygöl rayonlarında olmuşlar. Tur-aksiyası uğurla başa çatmışdır.
Səfərdən geri dönən məktəblilər Xəzər Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında qarşılandılar. Tur-aksiyanın uğurla başa çatması münasibəti ilə məktəblilər səfərlə bağlı təəssüratlarını öz valideyinləri və müəllimləri ilə bölüşdülər. Sonda məktəblilər daima yadda qalacaq təəssüratlarını və xatirələrini bölüşərək bu cür layihələrin həyata kiçirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirmişdirlər.