Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci il dönümü münasibəti ilə Xəzər rayonunda ağacəkmə aksiyası keçirildi

11 noyabr 2017 | 16:00

        11 noyabr 2017-ci il tarixində Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibəti ilə Xəzər rayonunun Qala və Türkan magistrlal yolunda ağac əkmə aksiyası keçirildi. Aksiyada Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının İcra katibi Əli Əhmədov, Milli Məclisin Sədr müavini Bahar Muradova, Xəzər RİH-nin başçısı Gülağa İslamov, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Millət vəkili Siyavuş Novruzov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Millət vəkili Rauf Əliyev, YAP İdarə Heyətinin, Siyasi Şuranın üzvləri, Milli Məclisin Deputatları, partiyanın Bakı Şəhər üzrə rayon təşkilatlarının fəalları, və digər möhtərəm qonaqlar iştirak etdilər. Aksiya zamanı, həmçinin ərazidəki yaşıllıq sahələrində təmizlik işləri aparılmış, yeni əkilən ağaclar suvarılmış və onlara aqrotexniki qaydada qulluq göstərilmişdir. Əkilən ağacların inkişafı üçün  onların küləkdən qorunması və mühafizəsi məqsədilə zəruri tədbirlər görülmüşdür.

 

 

 

Keçidlər