Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Narkomaniya əleyhinə tədbir keçirildi.

10 noyabr 2017 | 16:00

     10 noyabr 2017-ci il tarixində Xəzər rayonunda yerləşən 2 nömrəli İnternat məktəbində Narkomaniya əleyhinə tədbir keçirilmişdir.
     Tədbirdə Xəzər RİH Başçısının I müavini Vaqif Həsənov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbər müavini Vasif Quliyev, Təhsil Nazirliyinin şöbə müdiri Həbib Kərimov, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı polis polkovniki Tanrıverdi Aydınov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Mətanət Abdullayeva və Səhiyyə Nazirliyinin Bakı şəhəri Narkoloji Dispanserin həkim-narkoluqu Yaşar Bədəlli iştirak etmişdilər.
      Tədbiri giriş sözü ilə açan Xəzər RİH Başçısının I müavini Vaqif Həsənov bildirmişdir ki, ölkəmiz müstəqilliyini bərpa etdirəndən sonra narkotiklərlə mübarizə daim dövlətin diqqət mərkəzində olmuşdur. Ümummilli lideri Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edirdi. Bunun davamı olaraq ölkə başçısı cənab İlham Əliyevin “Narkotik vasitələrin və narkomanlığın yayılması ilə mübarizə üzrə dövlət proqramının (2007-2012-ci illər) təsdiq edilməsi haqqında” Sərəncam imzalaması bu sahədə daha böyük işlər görülməsi üçün zəmin yaratmışdır. Narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, ən çox isə gənc nəslin fərdi, birgə fəaliyyətinə, böyük ehtiyac var.
     Daha sonra mövzu ətrafında çıxışlar olmuşdur. Çıxış edənlər narkomaniyaya qarşı mübarizədən, onun qanunsuz dövriyyəsinin qarşısının alınmasından, orta məktəb şagirdlərinin maarifləndirilməsi işinin təkmilləşdirilməsindən ətraflı danışmışlar.

Keçidlər