Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda "9 noyabr-Azərbaycan Dövlət Bayrağı günü" münasibəti ilə tədbir keçirilmişdir.

08 noyabr 2017 | 16:00

     08 noyabr 2017-ci il tarixində Mərdəkan Mədəniyyət Sarayında Xəzər rayon İcra Hakimiyyəti və Xəzər rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “9 noyabr-Azərbaycan Dövlət Bayrağı günü” münasibəti ilə Xəzər rayonunda yerləşən orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mənim bayrağım” adlı şeir, inşa-yazı və rəsm müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir.
     Tədbirdə RİH Başçısı Aparatının məsul işçiləri, YAP Xəzər rayon Təşkilatının Aparat-rəhbəri, Xəzər rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və 150 nəfər gənc və yeniyetmə iştirak etmişdir.
    Tədbirdə Mərdəkan Mədəniyyət Sarayının və 17 saylı Musiqi məktəbinin şagirdlərinin ifasında mahnılar səslənmiş, rəqs nümunələri göstərilmiş və məktəblilər arasında “12 stul” adlı intellektual oyun keçirilmişdir.
   Tədbirdə çıxış edən natiqlər Azərbaycan Respublikasının üçrəngli Dövlət bayrağının ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Höküməti tərəfindən qəbul edildiyini, ikinci dəfə xalqımızın Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildiyini, 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında”     Qanun qəbul edərək həmin bayrağı Dövlət bayrağı elan etdiyini, ölkə başçısı cənab İlham Əliyevin isə 9 noyabr tarixinin Dövlət Bayrağı Günü kimi qeyd olunması ilə bağlı 2009-cu il noyabrın 18-də sərəncam imzaladığını söyləmişdilər.
    Sonda inşa-yazı, şeir və rəsm müsabiqəsində qalib gəlmiş I-yerin qalibi, 136 saylı tam orta məktəbin şagirdi Aygün Vəliyeva, II-yerin qalibi, 26 saylı tam orta məktəbin şagirdi Leyla Hacıyeva və III-yerin sahibi, 237 saylı tam orta məktəbin şagirdi Ləman Quliyeva diplom, medal və hədiyyələr ilə təltif olunmuşdular.

 

Keçidlər