Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibəti ilə tədbir keçirilmişdi.
27 oktyabr 2017 | 16:00
27 oktyabr 2017-ci il tarixində Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibəti ilə YAP Xəzər Rayon Təşkilatı Qadınlar Şurasının tədbiri keçirilmişdi.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, Millət Vəkilləri Rauf Əliyev, Aqiyə Naxçıvanlı, Sədaqət Vəliyeva, Sevinc Hüseynova, YAP Xəzər rayon Təşkilatının sədri Namiq Əhmədov, Xəzər İnkişaf Fondunun sədri Elmar Mədətov və YAP Xəzər rayon Təşkilatı Qadınlar Şurasının üzvləri iştirak etmişdilər.
Tədbirdə bir neçə fəal qadın üzvlərinə Fəxri Fərmanlar təqdim edilmişdir. Tədbir konsert proqramı ilə davam etmişdir.