Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Şağan qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirdi.

25 oktyabr 2017 | 16:00

     25 oktyabr 2017-ci il tarixində Şağan qəsəbəsindəki 124 saylı tam orta məktəbdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı cənab Gülağa İslamovun qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirildi.

     Görüşdə Millət Vəkili Rauf Əliyev, RİH başçısının müavinləri və şöbə müdirləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.
    Səyyar görüşdən öncə qonaqlar 124 saylı tam orta məktəbdə yaradılmış Şağan qəsəbə sakini Səyavuş Əlizadənin 17 il ərzində topladığı “Xəzər” Tarix- Etnoqrafiya və Sərgi Qalereya Kompleksində antik dövrlərə aid eksponatlardan tutmuş Azərbaycan mədəniyyətinin, etnoqrafiyasının müxtəlif istiqamətlərini özündə əks etdirən nadir tarixi artefaktların eləcə də, heykəl, keramika, rəsm əsərləri ilə tanış oldular.
   Görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab Gülağa İslamov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə gedən sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən və Xəzər rayonunda gedən, xüsusilə Şağan qəsəbəsində aparılan təmir-tikinti, abadlıq və quruculuq işlərindən danışdı. G. İslamov qəsəbədə 124 saylı tam orta məktəbin, Şağan Olimpiya Kompleksinin tikintisi və açılışı mərasimlərində Azərbaycan      Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qəsəbəyə etdiyi səfərlərindən və qəsəbə sakinləri ilə görüşlərindən danışaraq, hal-hazırda da cənab Prezident İlham Əliyevin sərəncamına əsasən qəsəbədə içməli suyun çəkilişi və Şağan Mədəniyyət evinin tikintisinin davam etdirildiyini görüş iştirakçılarının diqqətinə çatdırdı.
    Görüşdə çıxış edən Millət Vəkili Rauf Əliyev ölkədə gedən inkişaf prosesləri, Xəzər rayonunda həyata keçirilən işlər, qarşıda duran vəzifələr haqqında danışaraq problemlərin yaxın gələcəkdə birgə həllinə nail olunacağını bildirdi.
   Daha sonra qəsəbə sakinləri çıxış edərək qəsəbədə gedən abadlıq və quruculuq işlərinə, xüsusilə içməli suyun çəkilişinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər
   Sonda Rayon İcra Hakimiyyətinin başçısı G.İslamov rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb, sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verdi.

 

 

 

Keçidlər