Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətində 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Xəzər Rayon İcra Hakimiyyəti Başçısı yanında Şura iclası keçirilmişdir.

17 oktyabr 2017 | 16:00

     17 oktyabr 2017-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətində 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Xəzər Rayon İcra Hakimiyyəti Başçısı yanında Şura iclası keçirilmişdir.

      İclasda Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, Millət vəkili Rauf Əliyev, Xəzər Rayon İnkişaf Fondunun sədri Elmar Mədətov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayon hüquq mühavizə orqanlarının və idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdirlər.
      İclası giriş sözü ilə açan Xəzər Rayon İcra Hakimiyyətinin başçısı, Şuranın sədri Gülağa İslamov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək, hesabat dövründə respublikanın hər yerində olduğu kimi Xəzər rayonunun sosial-iqtisadi sahələrində də dinamik inkişafın davam etməsini, əsas göstəricilər üzrə müsbət nəticələr əldə edilməsini vurğulamışdır. G.İslamov, həmçinin bildirmişdir ki, 2017-ci ilin 9 ayı ərzində Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyev  rayonumuza bir neçə dəfə səfər etmişdir. Belə ki,  13 yanvar və 24 avqust 2017-ci il tarixlərində cənab Prezident Türkan qəsəbəsində  yerləşən Dövlət Sərhəd  Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri zavoduna  gəlmiş, orada inşası başa çatan «Tufan» gəmisi və yeni  xüsusi texnikalar ilə tanış  olmuşdur. 8 sentyabr 2017-ci il tarixdə cənab  Prezident Buzovna qəsəbəsinə gəlmiş, orada inşa olunmuş «Təhsil Respublika  İdman Mərkəzi»-nin Zaqulba  Tədris İdman Bazasının açılışında iştirak etmişdir. 2017-ci ilin 9 ayı ərzində baş verən  ən önəmli hadisələrdən biri də rayonumuzdan olan Millət vəkili Mehriban xanım Əliyevanın  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 fevral 2017-ci il tarixli  sərəncamı ilə I Vitse Prezident təyin  olunması olmuşdur. Mehriban xanı Əliyeva  I Vitse Prezident kimi ilk səfərini  1 mart 2017-ci il tarixdə Türkan qəsəbəsindəki  6 №li Nitqi qüsurlu uşaqlar üçün internat  evinə  etmiş, orada rayon rəhbərliyi və  bir qrup sakinlə görüşərək gələcək planlar  barədə çox səmimi söhbət etmişdir. G.İslamov  9 ay ərzində Xəzər rayonunun sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış etmək üçün sözü RİH Başçısının müavini Arif Balayevə verdi.
      Daha sonra Xəzər Enerji Təchizatı və satışı idarəsinin rəisi Arif Məmmədov, Xəzər rayon Telefon Qovşağının rəisi Eyyub İsmayılov, Müharibə Əlilləri Pansionatının direktoru Pərvanə Hacıyeva məruzə ətrafında cıxış edərək cari ilin 9 ayı ərzində rəhbərlik etdikləri kollektivlərin gördükləri işlərdən və qarşıda duran vəzifələrdən danişdılar.
    Millət vəkili Rauf Əliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsi sayəsində bölgələrlə bərabər Bakıətrafı qəsəbələrin də sosial-iqtisadi inkişafının sürətlə davam etdirilidiyini bildirərək, həmişə olduğu kimi 9 ay ərzində yenidənqurma işlərinin Xəzər rayonunda da uğurla həyata keçirildiyini vurğulamışdır.

 

 

Keçidlər