Xəzər rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilmişdir.
4 Oktyabr 2017-ci il tarixdə Xəzər rayonunda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayonun 30 orta məktəbi, 2 gimnaziya, 6 internat məktəblərdən müəllimlər, 2017-ci ildə yüksək bal toplayaraq Ali məktəblərə daxil olmuş 26 nəfər tələbə və onların valideynləri, Xəzər RİH Başçısının müavini A.Balayev, İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri G.Qurbanov, Bakı Şəhəri Təhsil İdarəsinin nümayəndəsi A.Əliyev, Millət vəkili R.Əliyev, YAP Xəzər rayon Təşkilatının sədri N.Əhmədov, YAP Xəzər rayon Təşkilatının Aparat rəhbəri İ.Məmmədov, Qarabağ Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Xəzər rayon Filialının sədri S.Əliyev, Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri T.Səlimov, Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi V.Əliyev, Milli Qəhrəmanların Tanıtma İctimai Birliyinin Xəzər rayon şöbəsinin sədri E.Əzimov, Həmkarlar İttifaqı Konfederasiyasının Təhsil İşçiləri Həmkarlar İttifaqının Xəzər rayon şöbəsinin sədri H.Əbilov və başqaları iştirak etmişlər. 26 nəfər tələbə RİH tərəfindən pul və qiymətli hədiyyə ilə mükafatlandırılmış, 6 müəllim və direktor RİH Aparatının Diplomu ilə, 7 nəfər müəllim Həmkarlar İttifaqı Konfederasiyasının Fəxri Fərmanı ilə təltif olunmuşdur. Təbrik nitqi ilə A.Balayev, R.Əliyev, T.Səlimov, N.Əhmədov və digərləri çıxış etmişlər. Müəllimlərdən R.Abbasova, Ə.Mustafayev, Z.Əliyeva, B.Zeynalov təşəkkür nitqi ilə çıxış etmiş, bütün Xəzər rayonu məktəblərini təbrik etmişlər.