Şriftin ölçüsü :

Saytın rəngi :

Bakıda MDB ölkələri Botanika Bağları Cəmiyyətinin dördüncü qurultayı keçirilir

18 sentyabr 2017 | 16:00

          18.09.2017-ci il tarixində  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Xəzər rayonunun Mərdəkan qəsəbəsində olan Dendrologiya İnstitutunda Beynəlxalq Elmlər Akademiyaları
Assosiasiyaları MDB ölkələri Botanika Bağları Cəmiyyətinin IV qurultayı  və “İqlim dəyişkənliyinin bitki biomüxtəlifliyinə təsiri” mövzusunda elmi konfrans işə başlayıb.
          Tədbirdə MDB ölkələri üzrə Botanika Bağları Cəmiyyətlərinin hesabatının
müzakirəsi, botanika bağlarının, dendrarilərin təbiət abidələrinin, genofondun mühafizəsində,
biomüxtəlifliyin artırılmasında rolu, nadir və nəsli kəsilməkdə olan ağac-kol bitkilərinin areallarda yayılmasının və say nisbətinin elmi əsaslarla araşdırılması haqqında məruzələr
dinləniləcək.
           Həmçinin ölkələrarası sərhədyanı ərazilərin florasının birgə işlənilməsi istiqamətində müzakirələr aparılacaq, problemlər və onların həlli yolu istiqamətində müvafiq müqavilələr bağlanılacaq, yekun
qətnamə qəbul ediləcək.
           İqlim dəyişkənliyinin biomüxtəlifliyə təsiri müasir dövrün qlobal problemlərdən biri olub, dünya alimləri tərəfindən bu sahədə geniş tədqiqat işləri aparılır. Məhz buna görə də respublikamızda “İqlim
dəyişkənliyinin bitki biomüxtəlifliyinə təsiri” mövzusunda keçirilən konfransın əsas məqsədi biosferdə iqlim dəyişkənliyinin bitki biomüxtəlifliyinə təsiri, yeni introduksiya olunan, aborigen, kosmopolit
növlərin təbiətdə yayılması, növlərin populyasiyalarda say nisbətlərinin dəyişməsinə səbəb olan ekoloji amillərin təyini və onların mühafizəsi istiqamətində aparılacaq elmi tədqiqat işlərinin müzakirəsində qarşıya çıxan problemlərin birgə həlli yollarının araşdırılmasıdır. Müzakirə
edilən məsələlər və qəbul edilən qərarlar biologiya elminin inkişafına öz töhfəsini verəcək.
         Qurultay sentyabrın 21-də başa çatacaq.

Keçidlər