Xəzər rayonunda yeni 2017-2018-ci tədris ilinə hazırlığın vəziyyəti haqqında Şura iclası keçirilmişdi.
12 sentyabr 2017-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətində “Xəzər rayonunda fəaliyyət göstərən tam orta məktəblərdə, gimnaziyalarda, peşə və internat məktəblərində yeni 2017-2018-ci tədris ilinə hazırlığın vəziyyəti haqqında ” Şura iclası keçirildi.
Şura iclasında rayon İcra Hakimiyyətinin başçısı, Şuranın sədri cənab Gülağa İslamov, Şura üzvləri, təhsil ocaqlarının rəhbərləri və qabaqcıl pedaqoqlar iştirak etdilər.
Xəzər Rayon İcra hakimiyyətinin Başçısı, Şuranın sədri cənab Gülağa İslamov iclası açıq élan edərək, gündəlikdə duran məsələ ilə əlaqədar Şura üzvlərini tanış etdi. Gündəlikdə duran məsələ ilə əlaqədar hesabatı oxumaq üçün söz RİH Başçısı Aparatının Ərazi İdarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əfsar Mirzəliyevə verildi.
Ə.Mirzəliyev «Xəzər rayonunda fəaliyyət göstərən tam orta məktəblərdə, gimnaziyalarda, peşə və internat məktəblərində yeni 2017-2018-ci tədris ilinə hazırlığın vəziyyəti haqqında » hazırlanmış arayışı Şura üzvlərinin diqqətinə çatdırdı.
Arayış dinlənildikdən sonar Şuranın sədri, RİH-nin başçısı G. İslamov və Şura üzvləri 2016-2017-ci tədris ilinin yekunları və 2017-2018-ci yeni tədris ilinə hazırlığın vəziyyəti ilə əlaqədar çıxışlar edərək arayışa öz münasibətlərini bildirdilər.
Sonra məruzə ətrafında 125 saylı tam orta məktəbin direktoru Zeynəb Əliyeva, 121 saylı tam orta məktəbin direktoru Akif Abdullayev çıxış etdilər.
Çıxış edənlər qazanılan uğurlara, təhsil sahəsinə göstərilən diqqət və qayğıya görə Azərbaycar Respublikasının Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Sonda RİH-nin başçısı, Şuranın sədri cənab G.İslamov təhsil müəssisələrində olan mövcud problemlərin aradan qaldırılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.