Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Binə qəsəbə sakinləri üçün ödənişsiz tibbi müayinə aksiyası keçirildi.

07 sentyabr 2017 | 16:00

       07.09.2017-ci il tarixdə Xəzər Rayon İcra Hakimiyyəti və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Binə bələdiyyəsində sakinlər üçün ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirilmişdir.
      Aksiya zamanı  271 sakin pulsuz olaraq terapevt, ginekoloq, dermatoloq, pediatr, oftalmoloq, USM,  EKQ müayinələrdən yararlandı. Bununla yanaşı tibbi müayinədə iştirak edən hər bir vətəndaşa qanın kliniki analizi üçün xüsusi kupon verildi.
Aksiyanın rayonun Buzovna, Şağan, Mərdəkan, Şüvəlan, Qala Türkan və Zirə   qəsəbələrində də keçirilməsi  nəzərdə tutulub.

 

 

Keçidlər