Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətində 2017-ci ilin I yarımilinin sosial-iqtisadi inkişafının yekunlarına dair hesabat yığıncağı keçirilmişdir.

20 iyul 2017 | 16:00

       20 iyul 2017-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətində 2017-ci ilin I yarımili üzrə  sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
       Hesabat iclasında Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, Millət vəkili Rauf Əliyev YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov,Xəzər rayon İnkişaf fondunun sədri Elmar Mədətov , RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayon hüquq mühavizə orqanlarının və  idarə müəssisə təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
       Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov iclası giriş sözü ilə açaraq, bildirdi ki, 12 iyul 2017-ci il  tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin I yarım ilinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclasında ölkə başçısı ötən  6 ay  ərzində iqtisadi islahatların daha da sürətlə aparılmasını və bu sahədə bir çox sərəncam və qanunların imzalanaraq qəbul edilməsini qeyd etmişdir. Biznes mühitinin yaxşılaşdırılması, ixrac potensialının artırılması, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, yerli istehsalın artırılması, bütün bu istiqamətlər üzrə çox ciddi qərarlar qəbul edilmişdir.  Cənab Prezident I yarımili ərzində qeyri-neft sektorunun, kənd təsərrüfatının , bitkiçilik məhsullarının, ticarət dövriyyəsinin, ixracatın  artmasını, idxalın isə azalmasını xüsusi qeyd etmişdir.       
    Xəzər Rayon İcra Hakimiyyətinin Başçısı Gülağa İslamov hesabat dövründə respublikanın hər yerində olduğu kimi Xəzər rayonunun sosial-iqtisadi sahələrində də dinamik inkişafın davam etməsini, əsas göstəricilər üzrə müsbət nəticələr əldə edilməsini vurğulamışdır.
   RİH Başçısının müavini  Lalə Əhmədova 2017-ci ilin I yarımili ərzində Xəzər rayonunun sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış etdi.
   Daha sonra Yap Xəzər rayon təşkilatının sədri Namik Əhmədov, Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin direktoru Elşən Qurbanov, H.Z. Tağıyev adına NQÇİ-nin rəisi Salman Əliyev, sahibkar –Qrinteç MMC-nin baş direktoru Nizami Heybətov məruzə ətrafında çıxışlar etmişdir .
   Çıxışlardan sonra Millət vəkili Rauf Əliyev sosial iqtisadi inkişafın yekunlarına dair cənab Prezidentin Nazirlər Kabinetinin 12 iyul 2017-ci il tarixli iclasındakı proqram xarakterli çıxışını şərh edərək son illərdə əldə olunan nailiyyətlər haqda geniş məruzə etmiş , rayonda görüləcək işlər haqqında məlumat vermişdir .
  

Keçidlər