Xəzər rayon İcra Hakimiyyəti və YAP Xəzər rayon Təşkilatının təşkilatçılığı ilə 15 iyun “ Milli Qurtuluş Günü” münasibəti ilə tədbir keçirilmişdir
14.06.2017-ci il tarixdə Xəzər rayon İcra Hakimiyyəti və YAP Xəzər rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının qərargahında 15 iyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Xəzər RİH-nin müavinləri, şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilatların rəhbərləri və QHT-nın sədrləri iştirak edib.
Mövzu ətrafında Xəzər RİH Başçısının I müavini V.Həsənov, YAP Xəzər rayon Təşkilatının sədri Namiq Əhmədov, Azərbaycan Respublikası Elmlər Akademiyasının Tarix İnstitutunun şöbə müdiri Tofiq Mustafazadə, Daxili İşlər Nazirliyinin Hərbi Akademiyasının rəisi general-mayor İlqar Məmmədov, Milli Aviasiya Akademiyasının dekanı Nazim Nağıyev, Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, şərqşünas alim Cümşüd Muradov çıxış etmişlər.