Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda “31 mart Azərbaycanlıların Soyqırımı Günü” münasibəti ilə tədbir keçirildi.

31 mart 2017 | 16:00

  31.03.2017-ci iı tarixində Xəzər rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mərdəkan qəsəbəsində yerləşən 123 nömrəli orta məktəbdə “31 mart Azərbaycanlıların Soyqırımı Günü”nün 99 cu il dönümünə həsr olunmuş rayon tədbiri keçirildi.       
  Tədbir iştirakçıları ilk öncə məktəbin ərazisində yerləşən 1918-ci ildə Bakıda Ermənilər tərəfindən törədilən Azərbaycanlıların soyqırımının qarşısını almaq üçün köməyə gələn türk ordusunun şəhid olmuş iki əsgərinin xatirəsinə ucaldılmiş abidənin önünə gül dəstələri düzərək əsgərlərin ruhuna öz ehtiramlarını bildirdilər. Daha sonra tədbir məktəbin akt zalında davam etdi. 
   Tədbirdə Xəzər rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Vaqif Həsənov, Millət Vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov,  Daxili Qoşunların Ali Hərbi məktəbinin General mayoru İlqar Məmmədovun başçılığı ilə hərbi məktəbin şəxsi heyəti, RİH Başçısının müavini A.Balayev,  Aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbər işçiləri, Qarabağ əlilləri və şəhid ailələri İB-nin, Veteranlar Şurasının, Veteranlar Birliyinin, Milli Qəhrəmanları Tanıtma İB, Qırmızı Aypara Cəmiyyətinin rəhbərləri, Xəzər rayonunun idarə, müəssisə və təşkilat rəhbərləri və 123 nömrəli tam orta məktəbin müəllim və şagirdləri, eləcə də rayon ictimaiyyəti iştirak etdilər.
   Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan RİH Başçısının birinci müavini Vaqif Həsənov hər il mart ayının 31 də ölkəmizdə dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edildiyini və Respublikamızın hər yerində olduğu kimi, Xəzər rayonunda da “31 mart  Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş  bir neçə silsilə tədbirlər keçirildiyini vurğuladı.
    Sonra çıxış edən Millət Vəkili Rauf Əliyev Azərbaycan həqiqətlərinin, eləcə də ermənilərin bir yüzillikdə dəfələrlə azərbaycanlılara qarşı soyqırımı, etnik təmizləmə, deportasiya kimi qanlı cinayətlər törətməsi kimi tarixi faktlara söykənən gerçəkliklərin beynəlxalq aləmdə təbliği istiqamətində görülən işlərdən, bu məsələdə dövlətin davamlı dəstəyindən danışdı.
     Daha sonra YAP Xəzər Rayon təşkilatının sədri Namiq Əhmədov, rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, Daxili Qoşunların Ali Hərbi məktəbinin General mayoru İlqar Məmmədov, Azərbaycan Respublikasının Milli Qəhrəmanı İntiqam Atakişiyev çıxış etdilər. Natiqlər 1918-ci il martın 30-31-də Bakı Kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımına imza atdıqlarını, bu soyqırımının əsl hüquqi-siyasi qiyməti isə Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra  Mart hadisələrinin 80-ci ildönümündə - 1998-ci il martın 26-da Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olduğunu vurğuladılar.

Keçidlər