“Xalqımızın dini, milli mənəvi adət-ənənələrinin və dini radikalizmə qarşı mübarizə” mövzusunda gənclərlə görüş keçirilmişdir.
29 mart 2017 - ci il tarixində Gənclər evində “Xalqımızın dini, milli mənəvi adət-ənənələrinin və dini radikalizmə qarşı mübarizə” mövzusunda gənclərlə görüş keçirilmişdir.
Görüşdə Xəzər rayon İcra Hakimiyyətin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin baş məsləhətçisi V.Vəliyulla, Bakı şəhər Gənclər və İdman baş idarəsinin Gənclərlə iş sektorunun müdiri Z.Əhmədov, Xəzər rayon Gənclər və İdman İdarəsinin Müdiri V.Əliyev, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri R.Əsgərov, T.Vəlizadə və gənclər iştirak etmişlər.
Tədbirdə dini radikalizm haqqında geniş müzakirələr aparılmış, maarifləndirici məlumatlar verilmiş, gənclərin verdiyi suallar cavablandırılmışdır.