Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Novruz bayramı təntənəli şəkildə qeyd edildi.

18 mart 2017 | 16:00

   18 mart 2017-ci il tarixində Xəzər rayonunun  Binə qəsəbəsində yerləşən ”Binə Atçılıq“ mərkəzində  Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilmişdir.
      Bayram şənliyində Xəzər rayon İcra Hakimiyyəti başçısı cənab Gülağa İslamovla yanaşı, Millət Vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər rayonunun Hüquq mühafizə orqanlarının rəhbərləri idarə, müəsissə və təşkilatların rəhbərləri,  təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin əmək kollektivləri və rayon ictimaiyyəti iştirak etmişdir.
       İlk öncə qonaqları qarşılayan tarixi keçmişimizdə ululuq rəmzi sayılan Dədə Qorqudun Novruz duası, xalqımıza ruzi-bərəkət, sülh və əminamanlıq arzulaması,  Bahar qızının qonaqları bərəkət rəmzi olan duz-çörəklə qarşılaması tədbir iştirakçılarında xoş ovqat yaratdı.
       Daha sonra qonaqlar rayon məktəblilərinin və mədəniyyət müəssisələrinin hazırladığı əl işləri ilə tanış oldular. Rayonda fəaliyyət göstərən idman məktəblərinin nümunəvi idman çıxışları, Kosa, Keçəlin  iştirakı şənliyin daha da əyləncəli, şux keçməsinə zəmin yaratdı.
       Daha sonra şənlik   tanınmış müğənilərin ifaları və kansert proqramı ilə davam etdirilmişdir .

Keçidlər