Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov Mərdəkan qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirdi
15 mart 2017-ci il tarixində Mərdəkan Mədəniyyət sarayında Xəzər Rayon İcra Hakimiyyəti başçısı cənab Gülağa İslamovun Mərdəkan qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, məsul işçiləri, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər. 200 nəfər sakinin iştirak etdiyi görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab Gülağa İslamov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən söz açdı. Daha sonra İcra Başçısı Xəzər rayonunda gedən, xüsusilə Mərdəkan qəsəbəsində aparılan təmir-tikinti, abadlıq və quruculuq işlərindən danışdı.
Daha sonra qəsəbə sakinləri çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyəti başçısı Gülağa İslamov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə tapşırıqlar verdi.