Xocalı soyqrımının 25-ci ildönümü münasibəti ilə anım tədbiri keçirilib.
22 Fevral 2017-ci il tarixində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin və YAP Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə Xəzər rayonunun Zirə Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev, millət vəkilləri – Flora Qasımova, Xəzər rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Vaqif Həsənov, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov, «SƏS» qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva və gənclər iştirak ediblər.
Tədbir dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov tədbiri açıq elan edərək bildirib ki, Azərbaycan gəncliyi heç vaxt Xocalı soyqırımını unutmayacaq. Gənclərimiz keçirdikləri müxtəlif aksiyalar vasitəsilə bu qətliamın ermənilər tərəfindən azərbaycanlıları soyqırıma məruz qoymaq məqsədilə törədildiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırlar.
Tədbirdə Millət Vəkilləri Rauf Əliyev, Flora Qasımova, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov, «SƏS» qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva və başqaları çıxış edərək Xocalının Azərbaycan xalqının qan yaddaşı olduğunu bildiriblər. Onlar, həmçinin bildiriblər ki, dövlətimiz tərəfindən Xocalı soyqırımının tanıdılması istiqamətində gördüyü işlər təqdirəlayiqdir və qısa zamanda bir çox dövlətlər bu soyqırımını tanıyacaq.
Daha sonra «Xocalı» musiqili kompoziyası təqdim olunub.