Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə Başçısının tapşırığına əsasən Xəzər rayonunda növbəti tibbi müayinə aksiyasına başlanılmışdır.

16 fevral 2017 | 16:00

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq 2017-cı il fevral ayının 15-dən respublikamızın bütün bölgələrində olduğu kimi Xəzər rayonunda da əhalinin tibbi müayinədən keçirilməsinə başlanmışdır.    
    Bununla əlaqədar Xəzər rayon İcra Hakimiyyəti tərəfindən  aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafiklər tərtib olunmuşdur. Müvafiq qurumların da cəlb olunması ilə rayonda əhali arasında təşkilati-izahat işləri davam etdirilir.
Ölkə başçısının verdiyi bu tapşırıq, Azərbaycanda  ümumiyyətlə butun vətəndaşlarımızın sağlamlığının dövlətmiz üçün nə qədər vacib olduğunun ən gözəl göstəricisidir. Tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə rayondakı tibb müəssisələrinin hazırlıq vəziyyətinə götirilməsi istiqamətində rayon ərazisində fəaliyyət göstərən 6 poliklinikada aparılan əhalinin pulsuz tibbi müayinəsi 15 fevral tarixindən başlayaraq uğurla həyata keçirilir.Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrində müayinəsi məqsədi ilə  səyyar həkim briqadaları da təşkil olunmuşdur.
Rayon sakinləri ölkə başçısının bu nəcib təşəbbüsünü böyük minnətdarlıqla qarşılamışlar. Onlar poliklinikaların həkim heyəti, burada yaradılan şəraitdən razılıq etmişlər.  Müayinədən keçən rayon sakinlər onların sağlamlığının qeydinə qaldığı üçün Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Xəzər rayonunda əhalinin tibbi müayinə tədbirləri davam edir. Tibbi müayinə zamanı Xəzər rayonunun 163475 nəfər əhalisindən 18 yaşdan yuxarı olan 108119 nəfərinin müayinədən keçirilməsi nəzərdə tutulur.

Keçidlər