Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2016-cı il tarixli Fərmanının icrası ilə əlaqədar Xəzər rayon İcra Hakimiyyəti Başçısı yanında geniş tərkibdə iclas keçirilmişdir.

13 fevral 2017 | 16:00

  13 fevral 2017-ci il tarixində Xəzər rayon İcra Hakimiyyətində “Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2016-cı il tarixli Fərmanının icrası ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində keçirilmiş müşavirədə qarşıya qoyulmuş vəzifələrin icrasının təmin edilməsi məqsədilə rayon İcra Hakimiyyəti Başçısı yanında geniş tərkibdə iclas keçirilmişdir.
   İclasda Rayon İcra Hakimiyyəti Başçısının müavinləri, RİH-i Aparatın şöbə müdirləri, Xəzər rayon   Polis İdarəsinin rəisi, Abşeron Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri və müavinləri, qəsəbə bələdiyyələri, eləcədə rayonda fəaliyyət göstərən xidmət sahələrinin rəisləri iştarak etdilər.
  İclası giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2016-cı il tarixli Fərmanının icrası ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirildiyini və müşavirədə qarşıya qoyulan vəzifələr barədə iclas iştirakçılarını məlumatlandırdı. G.İslamov Fərmanda qeyd olunmuş məsələlərlə bağlı, həmçinin rayon ərazisində vətəndaşlar tərəfindən tikinti məqsədləri üçün nəzərdə tutulmamış ərazilərin o, cümlədən kənd təsərrüfatı təyinatlı torpaqların, dövlət və bələdiyyə mülkiyyətində olan  torpaq sahələrinin, sahilboyu ərazilər və onların mühafizə zolaqlarının zəbt olunmaması, eləcə də orada qeyri-qanuni inşa edilmiş tikililərin qarşısının alınması, mühəndis-kommunikasiya xətlərinin üstündə və mühafizə zonasında tikinti işlərinin aparılmaması istiqamətində tapşırıqlar verdi.
      İclasda Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vaqif Həsənov, rayon Polis idarəsinin rəisi Azər Muradov, Abşeron rayon İcra Hakimiyyətinin  Memarlıq və tikinti şöbəsınin müdiri Akif Əliyev çıxış edərək Fərmandan irəli gələn məsələlərin həlli və görüləcək işlərlə bağlı fikirlərini bildirdilər.

 

 

Keçidlər