Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci il dönümü Xəzər rayonunda qeyd edildi.

13 fevral 2017 | 16:00

  13 fevral 2017-ci il tarixində Mərdəkan Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci il dönümü münasibətilə tədbir keçirilmişdi.
   Tədbirdə Xəzər rayon İcra hakimiyyəti Başçısının birinci müavini Vaqif Həsənov, RİH Başçısı Aparatının şöbə müdirləri, rayon Hüquq-mühafizə orqanlarının rəhbərliri, Xidmətin yerli idarə, şöbə və bölməsinin şəxsi heyəti iştirak edirdilər.
    Tədbir iştirakçıları ilk öncə Xəzər Rayon İcra Hakimiyyətinin İnzibati binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər.
      Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanılmış, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
       Tədbirdə çıxış edən Xəzər rayon İcra Hakimiyyəti Başçısının birinci müavini V.Həsənov bayram münasibəti ilə Xəzər RİH Başçısının səmimi təbriklərini Xidmətin bütün şəxsi heyətinə  çatdırdı. Daha sonra V.Həsənov Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradıldığı gündən vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində mühüm işlərin görüldüyünü, həmçinin gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəlməsi, çağrışçıların həqiqi hərbi xidmətə yola salınması, səfərbərlik hazırlığı təlimlərində rayon İcra Hakimiyyəti ilə sıx əməkdaşlığını vurğuladı.
        Sonra Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Polkovnik Leytenant Kənan Məmmədov, Respublika Ziyalılar Cəmiyyətinin idarə heyətinin üzvü, Şöhrət ordenli Şaiddin Əliyev, Vətən Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Səfa Əliyev çıxış edərək Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ötən 5 il ərzində qarşıya qoyulmuş vəzifələri müvəffəqiyyətlə yerinə yetirildiyini, cəmiyyətin gözləntilərini doğrultduğunu bildirdilər.

Keçidlər