Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda "Azexport.az" portalı üzrə təşviq və kommunikasiya işlərinin təşkili ilə bağlı sahibkarlarla görüş keçirildi

10 fevral 2017 | 16:00

       10 fevral 2017-ci il tarixində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Xəzər rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azexport.az portalının təqdimatı keçirilmişdi.
  Təqdimat yerli sahibkarların iştirakı ilə rayon İcra hakimiyyətinin inzibati binasında keçirilmişdi.Təqdimatı giriş sözü ilə açan Xəzər rayon İcra hakimiyyəti Başçısının müavini Lalə Əhmədova “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 sentyabr 2016-cı il tarixli Sərəncamına uyğun olaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılmasından danışdı.
    Sonra tədbirdə Azexport.az portalının rəhbəri Zaur Qardaşov çıxış etdi. O sahibkarlara məhsul və xidmətlər haqqında məlumatların portala daxil edilmə yollarını izah edib, portal barədə ətraflı məlumat verib.
    Daha sonar görüş yerli sahibkarların fəal iştirakı ilə diskusiya formasında davam etdi.

Keçidlər