Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2016-cı ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi.
25 yanvar 2017-ci il tarixində Rayon Gənclər Evində Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Şüvəlan bələdiyyəsinin 2016-cı ilin yekunlarına dair hesabat yığıncağı keçirildi.
Hesabat yığıncağında Rayon İcra Hakimiyyəti Başçısının müavini Arif Balayev, RİH Başçısı Aparatının məsul işçiləri, Şura üzvü Yaşar novruzov, Rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbə nümayəndəsi Rauf Axundov, Şüvəlan bələdiyyəsinin sədr müavini Seymur Rzayev və qəsəbə sakinləri iştirak etdilər.
Yığıncağı giriş sözü ilə Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev açaraq son bir ildə rayon ərazisində görülən sosial layihələr haqqında o, cümlədən Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı yeni qəbul olunmuş dövlət proqramında Xəzər rayonu ilə bağlı nəzərdə tutulmuş tədbirlər barədə geniş məlumat vermişdi.
Yığıncaqda Rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbəsi üzrə nümayəndəsi Rauf Axundov və Şüvəlan Bələdiyyəsinin sədr müavini Seymur Rzayev 2016-ci il ərzində qəsəbədə görülən işlər barəsində hesabat məruzəsi ilə çıxış etdilər.
Şüvəlan qəsəbə sakinlərinin iştirakı ilə keçirilən yığıncaqda sakinlər tərəfindən çıxışlar olmuşdu. Çıxış edən sakinlər son illər qəsəbədə gedən abadlıq və quruculuq işlərindən söz açaraq həyata keçirilən bütün müsbət işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Millət Vəkili Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər.
Sonda Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev ümumilikdə görülmüş işləri qənaətbəxş hesab edərək bundan sonrakı illərdə də fəaliyyət sahəsində daha da məsuliyyətli olmağı, sakinlərlə işlərin düzgün qurulması istiqamətində tədbirlərin davam etdirilməsinin vacibliyini bildirdi.