Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbəsi üzrə nümayəndəliyinin 2016-cı ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi.

24 yanvar 2017 | 16:00

        24 yanvar  2017-ci il tarixində Mərdəkan Mədəniyyət sarayında  Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin  və Mərdəkan bələdiyyəsinin 2016-cı ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi.
     Hesabat yığıncağında Rayon İcra Hakimiyyəti Başçısının I müavini Vaqif Həsənov, RİH Başçısı Aparatının şöbə müdirləri, Şura üzvü, Rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbəsi üzrə nümayəndəsi İlqar Müqbilov, Mərdəkan Bələdiyyəsinin sədri Mirbaba Hüseynov, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.
     Yığıncağı giriş sözü ilə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vaqif Həsənov açaraq rayonun sosial-iqtisadi göstəricilərindən, rayonda aparılan abadlıq-quruculuq işlərindən, rayon əhalisinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən və digər sosial sahələrdə mövcud olan bir sıra problemlərinin öz müsbət həllini tapdığını bildirmişdi.
      Yığıncaqda Rayon İcra Hakimiyyəti başçısının  Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlqar Müqbilov və Mərdəkan Bələdiyyəsinin sədri Mirbaba Hüseynov 2016-ci il ərzində qəsəbədə görülən işlər barəsində hesabat məruzəsi ilə çıxış etdilər.
        Hesabat məruzəsi ilə çıxış edən Xəzər rayon İcra Hakimiyyəti Başçısının Mərdəkan inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlqar Müqbilov 2016-cı il Multikulturalizm ili elan olduğu üçün qəsəbəmizdə yerləşən idarə və təşkilatlarda, təhsil və səhiyyə ocaqlarında silsilə tədbirlərin keçirilməsi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 2016-cı il fevralın 15-dən may ayının 31-inə qədər Mərdəkan qəsəbə əhalisinin əksəriyyətinin tibbi müayinədən keçməsini vurğuladı.
          İ.Müqbilov, həmçinin bildirdi ki, 11 aprel-15 iyun 2016-ci il tarixində “Səyyar ASAN” xidmət avtobusunun Mərdəkan qəsəbəsində əhaliyə səyyar xidmətin göstərilməsi üçün lazimi texniki şərait yaradılmış və əhalinin həmin xidmətdən yararlanması üçün işlər aparılmışdır. Nəticədə  1000-dən artıq sakin xidmətdən yararlanmışdır. Çimərlik mövsümünün başlanması ilə əlaqədar olaraq may ayının axırları və iyun ayının əvvəlləridə monitorinq keçirilmiş, mövcud nöqsanlar aradan qaldırılmışdır.
       «Azərişıq» ASC Xəzər Rayon Elektrik Təchizatı  və Satışı İdarəsinin istismar şöbəsi tərəfindən 2016-cı il ərzində Mərdəkan qəsəbəsində 2 ədəd yeni KTM quraşdıрыlmış, 9 ədəd KTM dəyişdirilmiş, 9 ədəd TM və KTM-lərdə güc transformatorları dəyişdirilmiş, 8 TM və KTM-lərdə 0,4 kv-luq naqil xətləri quraşdınlmış, 7 ədəd TM və KTM-lərdə təmir və rəngləmə işləri aparılmış, 6/10/0,4 kv-luq hava xətlərində təmir işləri aparılmış, dayaqlar rənglənmiş və köhnə dayaqlar yeniləri ilə əvəzlənmişdir.
       11 saylı İstilik Sistemləri İstismarı sahəsi tərəfindən 2016-cı ildə 3382 p/m uzunluğunda müxtəlif diametrli istilik xətləri yuyulmuş, təmizlənmiş və hidravlik təzyiqlə yoxlanılmışdır. 8 ədəd müxtəlif güclü su qızdıncı qazanı cari təmir olunmuş, mexaniki üsulla təmizlənmiş, bütün qazanlarda istismar müddətinin uzadılması üçün faydalı modullar quraşdırılmışdır.      
      Xəzər rayon Qaz İstismar Xidmətinin ərazilərində itkilərin azaldılması və qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə nəzərdə tutulan tədbirlər planına əsasən Mərdəkan qəsəbəsində R.Qasımov, S.Yesenin, H.Z.Tağıyev küçələrində və Qızıl- Qum adlandırılan ərazidə yeraltı və həyətlərdən keçən qaz xətlərinin ləğv olunması üçün diametri 57 və 76 mm olan 749 p/m qaz xətti çəkilmiş, 240 ədəd qaz sayğacları köhnə xətdən çıxarılaraq yeni xəttin üzərinə köçürülmüşdür.Qəsəbənin R.Qasımov və 28 May küçələrində yaşayan abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə müvafiq olaraq 3 və 1 ədəd Qaz Tənzimləyici Məntəqələri quraşdırılmışdır.
       Xəzər rayon Su-Kanal İdarəsi tərəfindən 2016-cı ildə Mərdəkan qəsəbə ərazisində 1757 p/m müxtəlif diametrli su xətləri çəkilmiş, 96 ev birləşməsi verilmişdir. Baba Əliyev 15 ünvanında yerləşən çoxmənzili binada yaşayan 60 ailə içməli su ilə təmin olunmuşdur. Yeni 36 abonentə texniki şərtə əsasən içməli su xətti çəkilmişdir. 174 su qəzası aradan qaldırılmışdır, onlardan 26-si qəsəbə ərazisində yerləşən çoxmənzilli binaların zirzəmilərində baş vermişdir. İstismara yararsız 11 ədəd kanalizasiya qapağı yenisi ilə əvəz edilmişdir. B.Əliyev 8, N.Rəsulov 1 və Q.İsmayılov 3 ünvanlarında yerləşən binaların zirzəmilərində təmir işləri həyata keçirilmişdir.
      Xəzər rayon Su-Kanal İdarəsi və Mərdəkan Bələdiyysinin birgə əməkdaşlığı nəticəsində B.Əliyev küçəsində 505 p/m uzunluğunda, diametri 32 mm olan su xətti çəkilmiş və iki bulaq quraşdırılmışdır.
      Mərdəkan qəsəbəsində tikinti və quruculuq işləri də səngiməmiş, küçə, meydan və parklar abadlaşdırılmış, qəsəbə daxili küçələrdə təmir işləri aparılmışdır. Mərkəzi S.Yesenin küçəsində yerləşən Dendrologiya İnstitutunun 311 m2 köhnə hasarı sökülmüş yerində isə yeni hasar tikilmişdir. Qəsəbənin mərkəzi küçələrində 470 m2 ağlay üzlük və 530 p/m naxışlı daş vurulmuşdur.Qəsəbənin girişində yeni salınan istirahət parkında 86 m2 beton, 30 m2 hörgü işi görülmüş və 225 m3 torpaq daşınmışdır. Parkın ətrafındakı divarlara 270 m2 üzlük daşı, 1350 p/m bəzək daşı vurulmuşdur. Parkın ərazisinə 1700 m2 tamet, 900 p/m bordyur düzülmüş, 520 p/m səki salınmış və müxtəlif dekorativ ağac, kol və güllər əkilmişdir.
      Hesabat dövründə B.Əliyev, Q.İsmayılov, S.Dadaşov və S.Yesenin küçələrində yerləşən yaşayış binalarının ətrafına ümumilikdə 6600 m2, H.Z.Tağıyev küçəsinə 3800 m2, mərkəzi S.Yesenin küçəsinə 19907 m2, 28 May küçəsinə 16373 m2, H.A.Aslanov küçəsinə 1365 m2, B.Əliyev küçəsinə 600 m2 yeni asfalt örtüyü salınmışdır. 28 May küçəsində 2002 p/m, S.Yesenin küçəsində isə 4885 p/m bordyur vurulmuşdur. Piyada səkilərinə 28 May küçəsində 4008 m2, S.Yesenin küçəsində isə 1354 m2 yeni asfalt örtüyü salınmışdır. S.Yesenin küçəsi hər tərəfdən 60 sm genişlənmiş, yol kənarlarında olan ağaclar budanmış və iş prosesində əmələ gəlmiş 127 m3 tullantı ərazidən daşınmışdır.
Fevral ayında qəsəbənin Buzovna-Mərdəkan yeni avtomagistralının Mərdəkan qəsəbəsi ərazisinə 1520 ədəd, mart ayında isə Telman küçəsinə 99 ədəd və Buzovna-Mərdəkan yeni avtomagistralının Mərdəkan qəsəbəsi ərazisinə 1831 ədəd ağac əkilmişdir. Dekabr ayında qəsəbə ərazisində 1850 ədəd yeni ağaclar əkilmişdir. Qəsəbə ərazisində əkilən bütün ağaclar ilin mövsümünə uyğun olaraq suvarılmışdır.
       Hesabat və çıxışlardan sonra sakinlərinin müraciətləri, istək və təklifləri dinlənilmişdir.     
       Qəsəbənin gələcək inkişafı, qəsəbədaxili yolların asfaltlaşdırılması və küçələrin işıqlandırılması, su və kanalizasiya şəbəkəsinin yenidənqurulması, ərazinin sanitar təmizliyi, qaz təchizatının daha da yaxşılaşdırılması barədə müraciətlər dinlənilmiş, sakinləri narahat edən suallar cavablandırılmış, nöqsanların araşdırılması və aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər