Xəzər Rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbəsi üzrə nümayəndəliyinin 2016-cı ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi.
23 yanvar 2017-ci il tarixində Buzovna qəsəbə nümayəndəliyinin 2016-cı ilin yekunlarına dair hesabat yığıncağı keçirildi.
Hesabat yığıncağında Xəzər Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Vaqif Həsənov RİH Başçısı Aparatının şöbə müdirləri, Rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbəsi üzrə nümayəndəsi Cəmilzadə Balaəmi, Buzovna Bələdiyyəsinin sədri Mətləb Əliyev, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.
Yığıncağı giriş sözü ilə Xəzər Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini V. Həsənov açaraq rayon ərazisində görülən sosial layihələr haqqında və Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı yeni qəbul olunmuş dövlət proqramında Xəzər rayonu ilə bağlı nəzərdə tutulmuş tədbirlər barədə geniş məlumat veridi.
Yığıncaqda Rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbəsi üzrə nümayəndəsinin müavini Vüqar Sadığov və Buzovna Bələdiyyəsinin sədr müavini Elman Xəlilov 2016-ci il ərzində qəsəbədə görülən işlər barəsində hesabat məruzəsi ilə çıxış etdilər.
Buzovna qəsəbə sakinlərinin iştirakı ilə keçirilən yığıncaqda sakinlər tərəfindən çıxışlar olmuşdu. Çıxış edən sakinlər son illər qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə başçısına öz dərin minnətdarlığlarını bildirdilər.