Xəzər rayonunda 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdi.
19 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Bakı şəhər Mədəniyyət və Turizm Baş idarəsi və Xəzər rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət sarayında 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdi.
Tədbirdə Xəzər rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Vaqif Həsənov, müavin Arif Balayev, RİH Başçısı Aparatının əməkdaşları, Hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, məktəblilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçıları ilk öncə Mədəniyyət Sarayının foesində təşkil olunmuş rayon məktəblilərinin əl işlərindən və qanlı faciəni əks etdirən rəsm əsərlərindən ibarət sərgi ilə tanış oldular.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan Milli Qəhrəmanlarımıza həsr olunmuş film nümayiş etdirildi.