Xəzər rayonunda gənclərin təntənəli surətdə hərbi xidmətə yola salınması mərasimi keçirilib.
12 yanvar 2016-cı il tarixində Xəzər rayonunun Mərdəkan Mədəniyyət Sarayının qarşısında gənclərin təntənəli surətdə hərbi xidmətə yola salınması mərasimi keçirilib. Yola salınma mərasimində Xəzər rayon İcra Hakimiyyəti Başçısının I müavini Vaqif Həsənov, müavin Arif Balayev, RİH Başçısı Aparatının şöbə müdirləri, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Xəzər rayon şöbəsinin rəisi, Polkovnik leytenant Kənan Məmmədov, rayon hüquq-mühafizə orqanlarının və idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
Mərasimdə çıxış edən RİH Başçısının I müavini V.Həsənov ölkəmizdə ordu quruculuğu sahəsində qazanılmış uğurlardan söhbət açıb, hərbi xidmətə yola düşən gənclərə tövsiyə və tapşırıqlarını verdilər. Qeyd olundu ki, Milli Ordumuzun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri dövlət müstəqilliyimizi və ərazi bütövlüyümüzü qorumağa qadir olan orduya çevirilib.
Mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Xəzər rayon şöbəsinin rəisi, Polkovnik leytenant Kənan Məmmədov, rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov və rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri Nüsrət İbrahimov çıxı edərək hərbi xidmətə yola düşən gənclərə uğurlar arzulayıb, Vətən qarşısında müqəddəs borclarını şərəflə yerinə yetirməyi, düşmən taptağı altında olan torpaqlarımızı azad etmək üçün hərbi sirlərə mükəmməl yiyələnməyi tövsiyə ediblər.
Tədbirin sonunda gənc çağrışçılar xatirə şəkili çəkdirdikdən sonra Azərbaycan bayrağının və müqəddəs Qurani-Kərimin altından keçərək hərbi hissələrə yola salındılar.