Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyəti başçısının Binə qəsəbəsi üzrə nümayəndəliyinin 2016-cı ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi.

10 yanvar 2017 | 16:00

    10 yanvar  2017-ci il tarixində Binə Mədəniyyət Mərkəzində Binə qəsəbə nümayəndəliyinin 2016-cı ilin yekunlarına dair hesabat yığıncağı keçirildi.
      Hesabat yığıncağında Rayon İcra Hakimiyyəti Başçısının I müavini Vaqif Həsənov, RİH Başçısı Aparatının şöbə müdirləri, Şura üzvü Rəhilə Baxşəliyeva , Rayon İcra Hakimiyyəti başçısının Binə qəsəbəsi üzrə nümayəndəsi Tahir Əliyev, Binə Bələdiyyəsinin sədri Habil Həmidov, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.
     Yığıncağı giriş sözü ilə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vaqif Həsənov açaraq qəsəbədə görülən və görülməsi nəzərdə tutulan işlərdən danışaraq sakinləri hesabat ətrafında müzakirələrdə fəal iştirak etməyə dəvət etdi
        Yığıncaqda Rayon İcra Hakimiyyəti başçısının Binə qəsəbəsi üzrə nümayəndəsi Tahir Əliyev və Binə     Bələdiyyəsinin sədri Habil Həmidov 2016-ci il ərzində qəsəbədə görülən işlər barəsində hesabat məruzəsi ilə çıxış etdilər.
      200 nəfər Binə qəsəbə sakinlərinin iştirakı ilə keçirilən yığıncaqda  sakinlər tərəfindən çıxışlar olmuşdu. Çıxış edən sakinlər son illər qəsəbədə gedən abadlıq və quruculuq işlərindən söz açdılar. Qəsəbənin əsas problemlərindən olan Əli İsazadə küçəsində ki, mərkəzi yolun əsaslı şəkildə salınmasını, müasir tələblərə cavab verən iki yeni Uşaq bağçasının tikilib qəsəbə sakinlərinin istifadəsinə verildiyini, içməli su və kanalizasiya xətlərinin yenidən çəkildiyini bildirdilər. Qəsəbə sakinləri təkçə 2016-cı ildə iki dəfə Binə qəsəbəsinə səfər etdiklərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Millət Vəkili    Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdilər.
    Sonda Xəzər Rayon İcra Hakimiyyəti başçısının I müavini Vaqif Həsənov vətəndaşların qaldırdıqları məsələlərin həlli istiqamətində müvafiq qrumlara tapşıqlar vermiş, ümumilikdə görülmüş işləri qənaətbəxş hesab edərək  bundan sonrakı illərdə də fəaliyyət sahəsində  daha da məsuliyyətli olmağı, sakinlərlə işlərin düzgün qurulması istiqamətində tədbirlərin davam etdirilməsini  tapşırmışdır.

Keçidlər