Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Mərdəkan istirahət parkının açılışı olmuşdur.

24 dekabr 2016 | 16:00

    24 dekabr 2016-cı il tarixində Xəzər rayonunun Mərdəkan qəsəbəsində yeni salınan “Mərdəkan İstirahət Parkı”nın açılışı olmuşdur.

         Açılış mərasimində Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, Millət Vəkili Rauf Əliyev, “Xəzər İnkişaf Fondu”nun icraçı direktoru Elmar Mədətov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, rayon hüquq-mühafizə orqanlarının  rəhbərləri, İdarə, müəssisə və təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdilər.
        Parkla tanışlıqdan sonar İstirahət parkının əvvəlki  vəziyyəti və mövcud vəziyyətini əks etdirən Foto stendlə tanış oldular. Mərdəkan İstirahət Parkı qəsəbənin girişində və əsas mərkəzi küçəsinin kənarında salınmışdır. Ümumi sahəsi 3600 kv2 olan Parkın tikintisinə 2015-ci ilin dekabr ayından başlanılmışdır. Parkda 275  m3 beton salınmış, 2700 m2 tamet daşı döşənilmiş, 480 p/m bardür vurulmuş, 1200 p/m hasar hörülmüş və üzlənmişdir.  30 ədəd işıq dirəyi və 40 ədəd LED işıq fənərləri çəkilmişdir. Həmçinin, 1500 m3 münbit torpaq gətirilərək 120 ədəd dekorativ ağac və 3000 ədəd bəzək kolları əkilmişdi.
          Sonra rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov sakinlər qarşısında çıxış edərək bildirdi ki, bu gün istifadəyə verilən yeni parkda insanların istirahətini təmin etmək üçün bütün zəruri işlər görülüb. Xəzər rayonunda  ölkə prezidenti İlham Əliyevin qayğısı və təşəbbüsü ilə bu cür möhtəşəm abadlıq, quruculuq işləri kifayət qədər görülüb. Bu işlər bundan sonrada davam etdiriləcək ki, rayonumuzun sakinləri rahat, sərbəst şəkildə istirahət edə bilsinlər.
    Açılış mərasimində Millət Vəkil Rauf Əliyev, “Xəzər İnkişaf Fondu”nun icraçı direktoru Elmar Mədətov və YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxış edərək yeni salınan parkın açılışı, ümumilikdə rayonda gedən abadlıq – quruculuq işlərinin yüksək səviyyədə getməsini bildirmişlər və qarşıdan gələn Dünya azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə rayon sakinlərini təbrik etmişdilər.
     Daha sonar rayon sakinləri, xüsusilə ağsaqallar və rayon ziyalıları çıxış edərək son illər rayonun bütün sahələrində olduğu kimi abadlı-quruculuq işlərinin ardıcıl şəkildə davam etməsi istiqamətində görülən işlərə görə Ölkə başçısı cənab İlham Əliyevə və Millət Vəkili Mehriban Xanım Əliyevaya rayona göstərdikləri diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər  və cənab Prezident İlham Əliyevin doğum günü münasibəti ilə təbriklərini çatdırmışdılar.

Keçidlər