Xəzər rayonunda həvəskar və peşəkar rəssamlarının sərgisi keçirilmişdir.
19 dekabr 2016-cı il tarixində rayon Gənclər evində Xəzər rayon İcra Hakimiyyəti, Xəzər rayon Gənclər və İdman idarəsi və rayon Gənclər Evinin birgə təşkilatçılığı ilə istedadlı gənclərin aşkar edilməsi, gənclərin öz yaradıcı qabiliyyətlərini nümayiş etdirmələrinə şərait yaratmaq, gənclər arasında rəssamlıq sənətinin təbliğ olunması məqsədilə rayonunun həvəskar və peşəkar rəssamlarının sərgisi keçirilmişdir.
Tədbirdə Xəzər rayon İcra Hakimiyyəti Başçısının I müavini Vaqif Həsənov, rayon İcra Hakimiyyəti Başçısın müavini Arif Balayev, Millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namik Əhmədov, Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəis müavini Aydın Yusifov, Xəzər rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyev, Rəssamlar İttifaqının nümayəndəsi , rayonun idarə, müəssisə və təşkilatların rəhbərləri, gənclər iştirak etmişlər.
Tədbirdə çıxış edən Millət vəkili Rauf Əliyev və sənətşünas
Ziyadxan Əliyev tədbirin təşkilatçılığını yüksək qiymətləndirərək, gənc rəssamlara uğurlar arzulamışdılar.