Şriftin ölçüsü :

Saytın rəngi :

“Xəzər” Tarix-Etnoqrafiya və Sərgi Qalereya Kompleksinin ilkin ekspozisiyasının açılışı keçirilib

07 dekabr 2016 | 16:00

      07 dekabr 2016-cı il tarixində Xəzər rayonunun Şağan qəsəbəsində Səyavuş Əlizadənin 17 il ərzində topladığı, 10-dan çox fərqli istiqamətlərdə olan kolleksiyaları əsasında “Xəzər” Tarix-Etnoqrafiya və Sərgi Qalereya Kompleksinin ilkin ekspozisiyasının açılışı keçirilib. Xəzər Rayon İcra hakimiyyətinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev, millət vəkili Rauf Əlyev, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, Əməkdar İncəsənət Xadimi Sənətşunas Ziyadxan Əliyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
      Muzeyin rəhbəri Səyavuş Əlizadə muzeyin təşkil olunmasında yaxından köməklik göstərdiklərinə görə Xəzər Rayon İcra Hakimiyyəti başçısı Gülağa İslamova, Millət vəkili Rauf Əlyevə və Gənclər və İdman Nazirliyinin rəhbərliyinə öz minnətdarlığını bildirib.
   Muzey-Qalereyada antik dövrlərə aid eksponatlardan tutmuş Azərbaycan mədəniyyətinin, etnoqrafiyasının müxtəlif istiqamətlərini özündə əks etdirən nadir tarixi artefaktların eləcə də, heykəl, keramika, rəsm əsərlərini bir araya gətirib.
      Muzeydə eramızdan əvvələ məxsus keramika nümunələri, nadir əmək alətləri, orta əsrlərə aid etnoqrafik-arxeoloji nümunələr, XVII-XIX əsrlərə aid əlyaz-daşbasma kitablar, örpək-kələğayı, mis qablar, görkəmli şəxsiyyətlərə aid şəxsi eksponatlar, əlyazmalar, kolleksiyalar, Azərbaycana məxsuz qədim numizmatika, bonistika, filoteliya nümunələri, eləcə də görkəmli 80 azərbaycanlı, 10 xarici rəssama məxsus 500-dən artıq rəsm əsəri yer almaqdadır. Onu da xüsusi qeyd edək ki, S.Əlizadənin rəsm kolleksiyası digər kolleksiyalardan onunla fərqlənir ki, o, görkəmli rəssamların məşhur rəsm əsərlərinin eskiz, etüdlərini, qrafika və onun kseloqrafiya, offor, linoqravur, litoqrafiya və digər bu kimi istiqamətlərini eləcə də pastel boya, yağlı boya, akvarellər nümunələrini toplayaraq kolleksiya fonduna əlavə etməkdədir.
        Hal-hazırki ilkin ekspozisiyada isə 50 rəssamın 70 rəsm əsəri, 5 heykəl, qədim tikmə məmulatları, antik nümunələr, mis, keramika nümunələri eləcə də bəzi əlyazmalarla yanaşı Şağan qəsəbəsindən tapılan arxeoloji materiallar sərgilənir.
        Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev, millət vəkili Rauf Əlyev, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, Əməkdar İncəsənət Xadimi Sənətşunas Ziyadxan Əliyev və digərləri muzey haqqında öz fikirlərini bildirərək muzeyin rəhbərliyinə gələcək işlərində uğurlar diləyiblər.

 

Keçidlər