Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda növbəti ağacəkmə aksiyası keçirilmişdir.

19 noyabr 2016 | 16:00

     19 noyabr 2016-cı il tarixində  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  ölkəmizdə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi ilə bağlı verdiyi tapşırığın icrası ilə bağlı  Xəzər rayonunun Türkan qəsəbəsi, Türkan-Hövsan avtomobil yolunun 7 km-lik hissəsində növbəti ağacəkmə aksiyası keçirilmişdi.
       Aksiyada Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, başçının müavinləri, aparatının məsul işçiləri, rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri ilə yanaşı, rayonun idarə, müəssisə və təşkilatların  kollektivləri, eləcə də qəsəbə sakinləri  iştirak etmişdir.
     Ümumilikdə aksiya zamanı 4000 ədəd ağac əkilmişdir. Bunlardan 3000 ədədi "Eldar şamı", 1000 ədədi isə “zeytun” ağaclarıdır. Qeyd olunan ərazidə ilin sonunadək 51000 müxtəlif növ ağacların əkilməsi planlaşdırılır.        
     Aksiya zamanı, həmçinin ərazidəki yaşıllıq sahələrində təmizlik işləri aparılmış, yeni əkilən ağaclar suvarılmış və onlara aqrotexniki qaydada qulluq göstərilmişdir. Əkilən ağacların inkişafı üçün  onların küləkdən qorunması və mühafizəsi məqsədilə zəruri tədbirlər görülmüşdür.

Keçidlər