"Ölkəmizi tanıyaq" devizi altında Xəzər rayon məktəblilərinin Qərb bölgəsinə olan 4 günlük səfəri başa çatmışdır.
15 noyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" devizi altında Xəzər rayon məktəblilərinin Qərb bölgəsinə (Gəncə, Şəmkir və Göygöl) olan 4 günlük səfəri başa çatmışdır.
12-15 noyabr 2016-cı il tarixlərində səfərdə olan məktəblilər Turun birinci günündə Kürdəmir rayonunda yerləşən Nicat şadlıq sarayında Pirallahı ,Qubadlı Sumqayıt qrup iştirakçıları ilə görüş keçirilmişdir. Gəncə şəhərinə çatdıqdan sonra Heydər Əliyev Mərkəzinin qarşısında Gəncə şəhər İcra Hakimiyyətinin rəhbər işçiləri ilə qarşılanma mərsimi keçirilmişdir. Mərasimdə çıxışlar və konsert proqramı təşkil olunmuşdur. Gəncə şəhərində yerləşən Ramada mehmanxanasında qrup iştirakçıları yerləşdirildi, daha sonra şam yemeyi və əyləncəli oyunlar qrup iştirakçıları üçün təşkil olunmuşdur.
Turun ikinci günündə Gəncə şəhərində yerləşən “Qədim Qala” divarları, “Gəncə Tarix Diyarşünaslıq” muzeyi, “İmamzadə” Kompleksi, “Comərdi Qəssab Türbəsi” , Nizami Gəncəvinin məqbərəsi, Nizami Gəncəvi adına Mərkəz, Heydər Əliyev adına milli park, Heydər Əliyev Mərkəzi, Cavad xan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Anfitetr-la tanışlıq olmuşdur. Ramada Mehmanxanasında şam yeməyi, intelektual oyunu Kim? Nə? Hara? təşkil olunmuş və Xəzər rayonu qrup iştirakçıları II yer tutmuşlar.
Turun üçüncü günündə Şəmkir şəhərinə səfər olundu. Şəhərdə yerləşən “Orta Əsr Şəmkir Şəhəri”, Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, Bayraq muzeyi, Abidələr parkı, Alman kilsəsi , İstiqlal parkı ilə tanışlıq olmuşdur. Şəmkir şəhərindən Göygöl rayonuna səfər olundu. Göygöl rayonunda yerləşən Heydər Əliyev Mərkəzi, Bayraq meydanı, Bayraq Muzeyi,Gənclər Mərkəzi, Alban kilsəsi, Tarix Diyarşünaslıq Muzeyi, Alman evləri, Hacıkənd qəsəbəsi və Göygöl milli parkı ilə tanışlıq olmuşdur.
Tur-aksiyada Xəzər rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin Baş Məsləhətçisi Vəliyulla Vəli, 124 N-li məktəbin direktoru Abdullayeva Sevda, 119 N-li məktəbin direktoru Mayılova Mətanət, 181 N-li məktəbin Təlim-tərbiyə üzrə Direktor müavini Bayramov Elnur, 26 saylı BŞX-nın Sahə həkimi-pediator Fərhadov Fərhad iştirak etmişlər
Turun axırıncı günündə Gəncə şəhərindən qayıdan məktəbliləri rayon İcra Hakimiyyətinin qarşısında valideynləri və RİH-nin rəsmiləri tərəfindən qarşılanmış və onlarla birgə xatirə fotosu çəkilmişdir.