Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirildi

15 noyabr 2016 | 16:00

      15 noyabr 2016-cı il tarixində Xəzər Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirildi
      Müşavirədə Xəzər Rayon İcra Hakimiyyəti başçısının I müavini Vaqif Həsənov, FH Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev, Bakı Regional Mərkəzinin əməliyyat-planlaşdırma idarəsinin rəisi polkovnik Vaqif Teymurov, rayonda fəaliyyət göstərən özünüidarəetmə orqanlarının nümayəndələri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, rayon təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı birliklərinin rəhbərləri, eləcə də, FHN Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin nümayəndələri iştirak etdilər.
      Müşavirəni giriş sözü ilə açan Xəzər  Rayon İcra Hakimiyyəti başçısının I müavini, FH Komissiyasının rəhbəri Vaqif Həsənov Xəzər  rayonunda yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı görülən işlər barədə məlumat verərək, insanlar arasında bu istiqamətdə təbliğat işinin əhəmiyyətindən danışdı.
     Digər çıxışçılar FH Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev, Bakı Regional Mərkəzinin əməliyyat-planlaşdırma idarəsinin rəisi polkovnik Vaqif Teymurov, rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi polkovnik-leytenant Azər Seyidzadə, rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Arif Məmmədov, rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin Baş mühəndisi Ədalət Muradov Yaşayış massivlərində yanğınların başvermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılması yolları, “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları, “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları” mövzularında ətraflı məlumat verdilər.
      Sonda məişətdə yanğın təhlükəsizliyi, dəm qazı və odsöndürən balondan istifadə qaydaları ilə bağlı videoçarxlar nümayiş olundu.

 

Keçidlər