Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda “16 Noyabr Beynəlxalq Tolerantlıq Günü” münasibəti ilə tədbir keçirilmişdi.

14 noyabr 2016 | 16:00

     14 noyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Milli Elmlər Akademiyası, Bilik Fondu və Xəzər rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  “16 Noyabr Beynəlxalq Tolerantlıq Günü” ilə əlaqədar Mərdəkan Mədəniyyət Sarayında tədbir keçirilib.
     Tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev, Millət vəkili, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Siyasi Araşdırmalar İnstitutunun direktoru, Siyasi Eimlər doktoru,professor-Elman Nəsirov, RİH Başçısı Aparatının əməkdaşları, rayon hüquq-mühafizə orqanlarının nümayəndələri, İdarə, müəssisə və təşkilatların rəhbərləri, qəsəbə nümayəndələri, Bələdiyyələr, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
      Tədbiri giriş sözü ilə açan Xəzər Rayon İcra Hakimiyyəti Başçısının müavini  Arif Balayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı ilin 11 yanvar tarixli Sərəncamı ilə 2016-cı ilin "Multikulturalizm ili” elan olunduğunu qeyd edərək, əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələrinin azadlıq, dostluq mühitində yaşadıqlarını vurğulayıb. Azərbaycanda hökm sürən etnik və dini tolerantlıq dünyaya nümunə olduğunu, ölkəmizdə istər dini, istərsə də milli və irqi zəmində ayrı-seçkiliyin olmadığını bildirmişdir.
       Millət vəkili,Siyasi Eimlər doktoru,professor-Elman Nəsirov çıxış edərək bildirdi ki, Azərbaycan indi bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanınır. Ulu Öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir. Prezident İlham Əliyevin dindarlarla keçirdiyi görüşlər və bu mərasimlərə Azərbaycanda mövcud digər dini icmaların nümayəndələrinin də qatılması ölkədə tolerant düşüncənin artıq tam bərqərar olduğunu göstərir.
    Tədbirdə çıxış edən digər natiqlər öz çıxışlarında bildiriblər ki, ölkəmizdəki tolerantlıq mühitinin hazırkı səviyyəyə gəlib çatması ölkə başçısının bu istiqamətdə apardığı dövlət siyasətinin nəticəsidir. Belə ki, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibət bəslənilir. Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımız bərabərhüquqlu və öz inancına görə azaddır. Azərbaycan öz tolerant yaşam tərzi ilə dünyaya nümunə olmaqdadır.
    Tədbir diskussiya şəklində davam etdirilib.

Keçidlər